Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları təltif ediliblər

0

  •           16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə Dövlət Yanğından Mühafizə Xidmətinin Xocalı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 8 nəfər əməkdaşı döş nişanı, medal və təşəkkürnamələrlə təltif edilmişdir. Nümunəvi xidmət göstərən əməkdaşlardan Xocalı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin manqa komandiri, daxili xidmət baş çavuşu Allahverdiyev Amən Mirzə oğlu “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətinə görə” 3-cü dərəcəli medalla, daxili xidmət baş çavuşu, sürücü Alıyev Şəmməd Zülfüqar oğlu “Xidmətə görə” döş nişanı ilə, daxili xidmət çavuşu, yanğınsöndürən Xamzayev Sərxan Abdulla oğlu, daxili xidmət çavuşu, yanğınsöndürən Əliyev Elmir Muradxan oğlu “Yanğından mühafizənin nümunəvi işçisi” döş nişanı ilə, Xocalı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin manqa komandiri, daxili xidmət baş çavuşu Quliyev Bəxtiyar Allahyar oğlu, daxili xidmət çavuşu, yanğınsöndürən Orucov Seymur Rüstəm oğlu “Əlaçı yanğınsöndürən” döş nişanı ilə, daxili xidmət baş çavuşu, sürücü Hacıyev Məhərrəm Səfər oğlu, daxili xidmət çavuşu, yanğınsöndürən Səlimov İlqar Araz oğlu isə Təşəkkürnamə ilə təltif edilmişdir.           Qeyd edək ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Xocalı rayon Dövlət Yanğından Mühafizə Hissəsi Vətən Müharibəsində İdarə qarşısında qoyulan tapşırıqları layiqincə yerinə yetirmişdir. İyul ayının 18-dən İdarənin 24 nəfər əməkdaşı Goranboy rayonunun cəbhəboyu Buzluq, Ballıqaya, Qaraçinar kəndlərində qurulmuş yanğından mühafizə postlarına təhkim olunmuşdu. Onlar döyüş mövqelərinə ərzaq və əmlakların paylanmasında, hərbi sursatların, həmçinin yaralılarımızın daşınmasında xidmət ediblər. Ballıqaya ərazisində düşmənin atdığı mərmi nəticəsində baş vermiş yanğın postun işçiləri və idarənin şəxsi heyəti tərəfindən söndürülüb. İdarənin işçiləri müharibə dövründə cəbhəboyu zonada sakinlərə zəruri təhlükəsiz davranış qaydaları barədə maarifləndirilmə işləri aparılıb, fövqəladə hallar zamanı, xüsusilə müharibə şəraitində davranış qaydaları, düşmən atəşinin təsirindən qorunmaq məqsədilə həyətyanı sahələrdə yaradılmış müvəqqəti daldalanacaqlardan düzgün istifadə ilə bağlı məlumatlar verilib.Dövlət Yanğından Mühafizə Xidmətinin Xocalı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Abdulla Əsgərov başda olmaqla, idarənin bütün şəxsi heyətinə şərəfli peşələrində uğurlar arzulayırıq.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib65 dəfə
    Xocalı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları təltif ediliblər

    Maraqlı gələ bilər
    154
    87
    39
    53
    20